”Azərbaycanda kişi hamilə və əqli geriliyi olan arvadını döyüb. Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdə məlumat yayıb.
Hadisə barədə “Sherg.az”a ətraflı məlumat verən M.Zeynalova qeyd edib ki, onların qeyri-rəsmi münasibəti var idi:
Qadının əqli zəiflik durumu çox ciddi deyil, amma müəyyən qədər qüsurlu olduğu aydındır. Kişi bir yerdə yaşadıqları gündən indiyə qədər arvadına kobud davranıb, ona qarşı zorakı hərəkətlər edib.
Məsələ ilə bağlı ərazi üzrə polis əməkdaşları araşdırma aparır. Qadının xəsarət aldığı barədə polislər bizə məlumat verdi.
Onu gətirdiklərində burnu sındırılmış, bədənində döyülmə izləri var idi. Ekspertizaya göndərildi, lazımi tədbirlər görülür.
Hamiləlik dövründə sözügedən qadın mütəmadi şəkildə müayinə olunmalıdır ki, bətnindəki uşağın inkişafında axsamaya rast gəlinməsin".