İrəvanda KTMT sammitinin keçirilməsinə etiraz edən 4 nəfər saxlanılıb

İrəvanda Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyan saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli polisə istinadən məlumat yayıb.
Ondan başqa daha 3 nəfərin həbs olunduğu bildirilir.
T.Xzmalyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qarşı etiraz aksiyası təşkil etmək istəyərkən saxlanılıb.
Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə ittiham irəli sürülüb.