Putin savaşından  qaçanlar…

Rusiyalı qadınlar doğuş üçün Argentinaya üz tuturlar

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumundan sonra minlərlə hamilə rus qadını yeni həyat qurmaq ümidi ilə Argentinaya köçüb və orada uşaq dünyaya gətirib.
Argentina hökumətinin immiqrasiya rəqəmlərinə görə, 2022-ci ilin yanvar ayından bəri, əsasən orta və yuxarı təbəqədən olan 22 mindən çox rus evlərindən minlərlə kilometr uzaqda yeni bir səyahətə çıxıb. Argentina rəsmiləri burada qadınların sayının artdığını və körpə dünyaya gətirdiyini, bunun da yeni doğulanlara dərhal vətəndaşlıq, valideynlərinə isə müvəqqəti yaşamaq və işləmək icazəsi verdiyini söyləyib.

“Wall Street Journal”ın məlumatına görə, həmin şəxslərdən biri 31 yaşlı Polina Ştaynerdir. Moskvadan gələn Ştayner və əri köc qərarı verməzdən əvvəl Meksika və Braziliyanı düşünüblər, lakin… İki yaşlı oğlu ilə Argentinaya gələn cütlük hazırda uşaq gözləyir. "Qızım burada doğulacaq və argentinalı olacaq" deyən Ştayner onların qərarının qəti olduğunu bildirib: "Bu, bütün ailənin Rusiya hökumətindən qorunmaq üçün bir şans biletidir".

Rusların Argentinaya daxil olması üçün vizaya ehtiyac yoxdur. Argentina immiqrasiya məlumatları göstərir ki, fevralın ortalarına olan məlumata görə, 2022-ci ilin əvvəlindən ölkəyə təxminən 11 000 rusiyalı qadın və təxminən 11 400 kişi gəlib. Neçə rus qadınının hamilə olduğu barədə dəqiq məlumat yoxdur, lakin Argentina immiqrasiya və xəstəxana rəsmiləri hamiləliyin son 3 ayında çoxlu sayda qadının gəldiyini söyləyirlər.

İmmiqrasiya rəsmiləri deyirlər ki, müvəqqəti yaşayış icazəsi ilə valideynlər vətəndaşlığa qəbul prosesinə başlaya bilərlər. İmmiqrasiya hüquqşünasları və rəsmiləri də deyirlər ki, Argentina pasportu iki il ərzində əldə edilə bilər və bu pasport sahibinə rusların edə bilmədiyi Avropaya vizasız səyahət imkanı da verir.
Dekabrda sevgilisi ilə gələn və may ayında körpəsini gözləyən 40 yaşlı Asya Davudova "Bütün ailənin pasport alması üçün cəmi iki il gözləyirsiniz. Biz Argentinanı seçdik. Çünki körpəmə pasport almaq üçün ən asan ölkədir. Biz bura gələndə Rusiyaya qayıtmaq və ya başqa ölkəyə getmək planlarımızdan əl çəkdik”, - deyə o, bildirib.

Müharibə başlayandan bəri yüz minlərlə rus qonşu ölkələrə və uzaq qitələrə qaçıb. Argentina hökumətinin immiqrasiya üzrə direktoru Florensiya Karignano jurnalistlərə bildirib ki, yeni gələnlərin əksəriyyəti hamiləliyin irəli mərhələlərində olan qadınlardır. Bunu gələn təyyarələrdə də görmək olur. Getdikcə daha çox hamilə ruslar gəlir. 

YanvardaArgentinaya 4500-dən çoxrusiyalıgəlib. Ötənilineyniayındaburəqəm 1000-dən birqədərçoxidi.

Çoxları “Ethiopian Airlines”inMoskvadanqalxan, Əddis-Əbəbəvə San-Pauludadayanaraq, sonra Buenos-Ayresəenəngündəlikuçuşlarındanistifadəedir. Təxminən 2500 dollarlıqbiletlərnisbətənucuzmarşruthesabolunur. Onlaradətəngediş-dönüşbiletlərialırlar, lakingeridönüşdənistifadəetmirlər.
Argentina hökumətininimmiqrasiyaüzrədirektoruyerliradiostansiyayaverdiyiaçıqlamadafevralın 9-da hamiləliyinirəlimərhələsindəolan 33 gəncrusiyalınınbureysləgəldiyinibildirib. Onunsözlərinəgörə, ikigünsonraeynimarşrutladaha 83 sərnişin, o cümlədən 16 hamilərusiyalıqadıngəlib.

Argentina SəhiyyəNazirliyi, ənişləkdövlətxəstəxanasıolan Fernandez xəstəxanasındakeçənil 985 doğuşun 8,6faizininrusqadınlarına aid olduğunuaçıqlayıb. Bu ilfevralın 14-dək başverən 168 doğuşun 22,6faizinidərusiyalıqadınlartəşkiledib.

Turan