İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.
Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.