Çin səddi yıxıldı!

Dünya heyrət içindədir

  Məşhur Çin səddinin yıxılması haqqında məlumat bu ölkənin yerli mediasında yayılıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, məlumatda Çin səddinin bir hissəsinin ağlagəlməz bir səbəbdən dağıldığı qeyd edilib. Çin səddi eramızdan əvvəl 220-ci ildə müdafiə səddi olaraq inşa edilib. Pekinin şimalından başlanğıc götürən qala divarları Huang-Ho çayını iki hissəyə ayıraraq cənub-qərbə doğru uzanır və Qobi çölünün cənubundan qərbədək davam edir. O, bəsit bir sədd deyil, əsaslı müdafiə istehkamıdır. Burada qalalar, keçid yolları, gömrük postları da var. Çin səddi başlanğıcda qonşu ölkələrin hücumlarından qorunmaq məqsədilə inşa edilsə də, əsrlər keçdikcə məhz möhkəmliyi əsas tutularaq dünya möcüzələri sırasına daxil edilib. Yerli Çin mediasında səddin bir hissəsinin dağılması haqda yayılan xəbərlərsə diqqəti yenidən dünya möcüzəsinə yönəldib. Dağıntı Shanxi əyalətindən keçən hissəsində baş verib. Deyilənə görə, səddin bir hissəsini orada inşaat işləri aparan fəhlələr dağıdıb. Məqsəd çalışmalar zamanı fəhlələrin yolunu qısaltmaqdır. Amma Çin səddi milli dəyər, qorunan tarixi abidə hesab edildiyinə görə 2 nəfər məsuliyyətə cəlb edilib. Səddəki dağıntı haqda danışan rəsmilərdən biri, inşaat işləri üçün səddin müəyyən hissəsində kiçik oyuq olduğunu, lakin işçilərin rahat keçib-getməsi üçün oyuğun bir qədər də genişləndirildiyini, nəticədə səddə ziyan dəydiyini açıqlayıb. Çin səddi 1978-ci ildə UNESCO-nun maddi irs siyahısına daxil edilib. Çin səddində dəfələrlə bərpa işləri aparılıb, uzunluğu hər dəfə artırılıb. Hazırda Çinə səyahət edənlərin ziyarət etdiyi hissə Ming Xanədanlığı zamanında inşa ediləndir. Səddin bir hissəsi də dəfələrlə dağıntılara məruz qalıb. “Beijing Times” qəzetinin 2016-cı il hesabatına görə, Ming Çin səddinin 30 faizindən çoxu tamamilə dağılıb, yalnız 8 faizi qorunur.