"Jelibon" 6 yaşlı uşağın ölümünə  səbəb oldu


Türkiyənin Mersin şəhərində yol kənarında hərəkətsiz vəziyyətdə tapılan 6 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, boğazına "jelibon" tıxanması nəticəsində uşağın nəfəsi kəsildiyi təxmin edilir.

Mersinin Tarsus rayonunun Bağlar məhəlləsində 6 yaşlı Nisanur Cevizi yol kənarında hərəkətsiz vəziyyətdə görüblər. Dərhal  112 Təcili Tibbi Yardım qruplarına xəbər verilib.

Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk yardımının ardından xəstəxanaya aparılan uşağı xilas etmək mümkün olmayıb.

Uşağın  "jelilbom"dan boğularaq öldüyü ehtimal edilir. Uşağın cəsədi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Mersin Ədliyyə Tibb Qurumuna aparılıb.