Geriyə bu foto qaldı: 400 metr hündürlükdən...

Muğlanın Fethiye rayonuna gələn Britaniya milli paraşüt pilotu 47 yaşlı Dilip Marcus Sundhod Kəpənəklər Vadisindən atlanarkən qayalara çarparaq həyatını itirib.
Sherg.az xəbər verir ki, Beynəlxalq Hava Oyunları Festivalı üçün Fəthiyəyə gələn İngilis milli paraşütçü Dilip Marcus Sundhod bir qrup dostu ilə Kəpənəklər Vadisində tullanmaq üçün Faralya rayonuna gedib. Burada Dilip Markus Sundhod vadinin 400 metr hündürlüyündən tullanıb və qısa müddət sonra paraşütünü açıb. Bu zaman o, idarəetməni itirərək sıldırım qayaların üzərinə düşüb.

Yoldaşlarının xəbəri üzərinə Milli Tibbi Xilasetmə (UMKE) və Jandarma Axtarış-Xilasetmə (JAK) qrupları bölgəyə sövq edilib. Təxminən bir saat çalışdıqdan sonra onun yıxıldığı əraziyə çatan qruplar Sundhodun öldüyünü müəyyən ediblər. 


Sundhodun cəsədi  kəndirlərin köməkliyi ilə çıxarılıb, oradan da Sahil Mühafizəsinin gəmisi ilə Ölüdənizdəki Kumburnu çimərliyinə gətirilib. Sundhodun cansız bədəni Fethiye xəstəxanasının meyitxanasına aparılıb.

Yeri gəlmişkən, pilotun tullanması festival fəaliyyətləri çərçivəsində olmayıb.