12 barmaqla doğuldu: Fotosuna baxıb ələ saldılar

Uşaq sahibi olmaq valideynlər üçün çox həyəcanlı bir prosesdir. Lakin bu proses zamanı bəzən gözlənilməz hadisələr də baş verir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də doğulan  körpə Ueylonun başına gələnlər kimi. Balaca Ueylon 12 ayaq barmağı ilə dünyaya gələndə ailəsi və bütün həkimlər bu gözlənilməz vəziyyət qarşısında heyrətə gəldilər.

Amerikalı cütlük övladını qucağında saxlayana qədər günləri sayırdı. Əslində son ana qədər hər şey olduqca normal idi. Doğuş başlayanda, bütün gələcək valideynlər kimi, onların da yeganə arzuları oğllarını sağ-salamat qucaqlarına  almaq idi. Çətin saatların sonunda xəstəxanada Ueylonun qışqırıqları əks-səda verdi və o, dünyaya göz açdı. Lakin ailə həkimlərin baxışlarından nəyinsə normal olmadığını başa düşdü. Onların körpəsi düz 12 ayaq barmağı ilə dünyaya gəlib. Həkimlər  valideynlərə belə halların ola biləcəyini və əməliyyatla düzəldilə biləcəyini bildiriblər. Ancaq ana Jessica Pullis üçün bu,  qeyri-adi hadisə deyildi. Cünki onun özü də 6 barmaqlı doğulmuşdu. 


Hər iki ayağında 6 barmağı olan Waylon böyüməyə başladığı üçün həm yeriməkdə, həm də ayaqqabı geyinməkdə  çətinlik çəkdi. Ailə övladlarının fotosunu sosial şəbəkədə paylaşılanda onlara  lağ edildiyini bildirib. Televiziyada sağlamlıq proqramına qatılan ana Jessica Pullis yaşadıqları çətinliklərdən danışıb:

"Vaylonun ilk dəfə bəzi fotolarını yayımlayanda gördük ki, bir çox insanlar onu mənfi şərhlərlə təhqir edir. Mən doğulanda 12 ayaq barmağım və əl barmaqlarım var idi və 3-4 yaşımda əməliyyat olunmalı idim. Əgər valideynlərim bunu etsəydilər,  onlara nifrət edərdim və oğlumdan da eyni reaksiyanı görmək istəmirəm." .

Cütlük oğullarına kömək edə biləcəyi ümidi ilə cərrah Dr. Ebonie Vinsentlə görüşmək qərarına gəlib. Həkim Vaylonun ayağının rentgen müayinəsinə  baxdı və uzun müddətdə ağrı hiss etməyə başlaya biləcəyi üçün əməliyyat olunmasının vacib olduğunu söylədi. Və ailənin razılığı ilə Dr. Vinsent Ueylonu əməliyyata almaq  qərarına gəlib.

Dr. Vinsent uşağın sağ ayağının altıncı barmağını asanlıqla götürə  bildi, lakin beşinci və altıncı barmaqları bir-birinə yapışdığı üçün sol ayaqda problem yarandı. Bütün ehtimallara baxmayaraq, cərrahın  bəxti gətirdi və heç bir səhv etmədən altıncı barmağı da götürdü. Əməliyyat indiyə qədər çox uğurlu alınmışdı.

Lakin əməliyyatı tam başa vurmazdan əvvəl düzgün böyüməyən sümüyə də diqqətlə baxmaq lazım idi. Dr. Vinsent yavaş-yavaş sümükləri də çıxarmağa başladı. Təəssüf ki, onlar bir parça halında çıxmadılar . Həkim  problem yarada biləcək hər hansı sümükləri çıxardığına əmin olmalı idi. Cərrah diqqətlə davam etdi və bir neçə dəqiqə sonra xoşbəxt sonluğa çatdı. Uşaq  indi bütün yaşıdları kimi qaçıb, normal oynayacaq və ən əsası heç kim tərəfindən lağ-lağı obyektinə məruz qalmadan həyatını yaşayacaq.