Binanı dərmanladılar, 4 nəfər xəstəxanalıq oldu

İstanbulun Küçükçekmece rayonunda bir binaya həşərat dərmanı vurulması nəticəsində 4 nəfər zəhərlənib. Qusma və ürəkbulanma şikayətləri ilə 4 nəfər xəstəxanaya yerləşdirilib.

Sherg.az "NTV.com.tr"yə istinadən xəbər verir ki, hadisə, saat 15.00 radələrində Fatih Məhəlləsi Professor Doktor Əziz Sancar küçəsində baş verib.

İddialara görə, 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki boş mənzildə həşəratlara qarşı mübarizə aparılıb.

Vətəndaşlar dərmanlamadan sonra binadan pis qoxu gəldiyini bildiriblər.

Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və tibb qrupları göndərilib. Sağlamlıq qrupları qusma və ürəkbulanma şikayətləri ilə 4 nəfəri təcili yardımla xəstəxanaya aparıb.

Yanğınsöndürənlər binada ventilyasiya işləri apararkən, ehtiyat tədbiri olaraq bina boşaldılıb.