Bursada qeyri adi hadisə yaşanıb. Oğru belində arabası ilə villaya daxil olub. B.A. adlı oğru polisin əməliyyatı ilə yaxalanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, kürəyində gəzdirdiyi araba ilə villaya daxil olan oğru içərisində qızıl-zinət əşyaları olan polad seyfi oğurlayıb.
Hadisə saat 06:00 radələrində Osmanqazi rayonunda baş verib.
Belində gəzdirdiyi araba ilə Y.R.Ü.-yə məxsus villaya gələn şəxs orada heç kimin olmadığını bilərək eyvanın qapısını sındırıb.
Polis xəbərdən sonra işə başlayıb və 38 təhlükəsizlik kamerası görüntüsünü izləyib və Doburca küçəsində taksiyə minən şübhəli geyimindən tanınıb.
7 günlük əməliyyatdan sonra tutulan B.A.-nın evində aparılan axtarış zamanı 5 milyon lirə dəyərində qızıl-zinət əşyaları götürülüb.