Ərzurumun Oltu rayonunda güclü yağışdan sonra dağdan qopan qaya parçası evin eyvanına daxil olub. Ölümə yaxın ailə tədbir görülməsini istəyir.
Sherg.az türk mediassına istinadən xəbər verir ki, hadisə ötən gecə saat 02.30 radələrində Çengelli məhəlləsində baş verib.
Məhəllə muxtarı Bünyamin Yeşilyurt beş uşağı və həyat yoldaşı ilə evdə yatarkən yüksək səsə oyanıb.
Zəlzələ olduğunu düşünən ailə balkonda böyük bir qaya görüb.
Güclü yağışdan sonra qayanın dağdan qoparaq yuvarlandığı bildirilib.
Bünyamin Yeşilyurt, “Dünən gecə saat 02.30 radələrində dəhşətli səs-küyə oyandıq. Oyananda elə bildik ki, zəlzələ olub. Dərhal uşaqlarımı oyadıb qapıya tərəf qaçdıq. Qapının qabağında yamacdan qopan qayanın evimizə gəldiyini gördük. Bu qaya bizim eyvanımıza dəyib dayandı, bizim məhəlləmizdə eyni problemdən əziyyət çəkən vətəndaşlar var" - deyə bildirib.
Ailə bütün evlərdə oxşar təhlükənin olduğunu deyir və tədbir görülməsini istəyir.