Məhkəmə 180 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyev 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Sərxan Tağıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.