Gəncədə qadın başından bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sürəyya Abbasova baş nahiyyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib, vəziyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.