Türkiyənin Muğla şəhərinin Menteşe rayonunda yaşayan 58 yaşlı Nazika Kandemirin sağ ayağının yuxarı hissəsindən 37 santimetr uzunluğunda məftil çıxıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, naqilin haradan gəldiyini öyrənmək üçün Kandemir ikisi özəl olmaqla üç xəstəxana ilə bağlı prokurorluğa cinayət işi qaldırıb.
Nazika Kandemir evdə oturarkən ayağında ağrı hiss edib.Daha sonra ağrı olan nahiyədən məftil çıxıb. Öz-özünə telin çıxmasına, hətta ayağında olmasına anlam verə bilməyən Kandemir və ailəsi Muğla Təhsil və Araşdırma xəstəxanasına müraciət edib.
Xəstəxanada Kandemirin ayağından 37 santimetr uzunluğunda naqil çıxarılıb. Sonrakı rentgendə Kandemirin ayağında daha 5 naqil olduğu üzə çıxıb.
Ailə məftilin haradan gəldiyini öyrənmək üçün ikisi özəl olmaqla xəstəxana rəhbərliyi ilə əlaqə saxlayıb, cavab ala bilməyəndə isə prokurorluğa müraciət edib cinayət işi qaldırıblar. Nazika Kandemir “Bu hadisə baş verməmişdən əvvəl ayaqlarımda qaşınma və bəzən ağrı hiss edirdim. Birdən bu tel çıxdı. Xəstəxanaya getdik, mənə dedilər ki, ayağımda 5 ədəd başqa naqillər var. Mən heç kimi günahlandırmaq istəmirəm. Amma mən bu məftilin haradan gəldiyini öyrənmək istəyirəm, əgər hər hansı səhlənkarlıq varsa, üzə çıxmasını istəyirəm” deyərək vəkili vasitəsilə hadisəni törədən şəxslərə qarşı cinayət işi qaldırıb.