Tərtərdə maşın kanala düşdü: ölən var

Bakı sakini Tərtərdə su kanalına düşərək ölüb.
Sherg.az Report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Vüsal Quliyev idarə etdiyi VAZ-21015 markalı avtomobil ilə Tərtər şəhəri, İnqilab Ağayev küçəsindən keçən su kanalına düşərək ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.