ABŞ İranın "kölgə donanması"na yeni sanksiyalar tətbiq edib

Vaşinqton administrasiyası "İqtisadi təcrid" əməliyyatı çərçivəsində İran neftinin satışını dəstəkləyən şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi öz saytında məlumat yayıb.

"Bu gün görülən tədbirlər İranın qalan qanunsuz dəniz infrastrukturuna ən ciddi zərbəni vurur və "kölgə donanması"nın böyük əksəriyyətini sıradan çıxarır", - "Reuters" ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinin sözlərini sitat gətirib.

Nazirliyin məlumatına görə, məhdudiyyətlər İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının daşınmasını həyata keçirən 6 fiziki şəxsə, 18 şirkətə və 17 gəmiyə şamil olunub.