İtkin düşən uşaqlar 4 saat sonra tapılıb

İğdırın Həsənhan kəndində Berat Altay (10) və qohumu Maraz Ali Altay (13) məktəbə getmək üçün evdən çıxıblar. Uşaqların məktəbə getmədiyini öyrənən ana Filiz Altay 112 zəng mərkəzinə zəng edərək oğlu Berat və əmisi oğlu Marazın Həsənhan orta məktəbinə getmək üçün evdən çıxdığını, lakin məktəbə getmədiklərini bildirib.
Sherg.az xəbər verir ki, xəbərdən sonra jandarma və  AFAD qrupları kəndə gedərək uşaqları sonuncu dəfə göründüyü Kırçiçik kəndi və Karasu məhəlləsində pilotsuz təyyarə ilə sahə araşdırmasına başlayıb.

Hərtərəfli axtarış nəticəsində uşaqlar 4 saat sonra Ağrı dağının ətəyindəki quruda tapılıb. Prokurorluğa məlumat verildikdən sonra tapılan uşaqlar ailələrinə təhvil verilib.