Futbolçunun keçmiş həyat yoldaşı  intihara cəhd edib

Keçmiş milli futbolçu Emre Aşığın keçmiş həyat yoldaşı Yağmur Sarnıç bu gün Beylikdüzü Kavaklı səmtindəki evində çəkdirdiyi və sosial media hesabında paylaşdığı videoda intihar edəcəyini bildirib.

Sherg.az türk mediasına  istinadən xəbər verir ki, xəbər üzərinə iqamətgaha gedən polis qrupları Yağmur Sarnıçın həddindən artıq antidepresan dərman istifadə edərək intihara cəhd etdiyini müəyyən edib.

Hadisə yerinə gələn tibb qruplarının göstərdiyi ilk tibbi yardımdan sonra Sarnıç ehtiyat tədbiri olaraq Beylikdüzü Dövlət Xəstəxanasına aparılıb.

Yağmur Sarnıçın həyatının təhlükədə olmadığı öyrənilib. Polis qrupları hadisə ilə bağlı işlərini davam etdirir.