
NATO və Rusiya qılıncları çəkdi: Şimali və Şərqi Avropada toqquşmalar mümkündür -PROQNOZ
13:43 15.04.2024
Dünya
558
Rəsmi Moskva NATO-ya xəbərdarlıq edib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması blokun şimaldakı ambisiyalarını artıracaq:
“Rəsmi Helsinkinin NATO Quru Qoşunlarının Rusiya ilə sərhəddə qərargah yaratmaq planları barədə demək istəyirəm ki, təhdidlərə qarşı cavabımız adekvat olacaq”.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Rusiya və NATO arasında münasibətlər ziddiyyətlərlə doludur:

"Hazırda tərəflər arasında gərginlik açıq şəkildə hiss olunur. Xüsusilə Rusiya-Ukranya müharibəsi başlayandan sonra NATO-nun genişlənmə planı rəsmi Moskvanı narahat edir. İsveç və Finlandiyanın NATO-ya üzv olması Rusiyanın Şimali Avropada nüfuz və manevr imkanlarını azaldır. Bu xüsusda Rusiya NATO-nun genişlənməsinə cavab olaraq ətrafında anti-qərb koalisiyasını toplayır. Rusiya İran, Çin, Hindistan kimi ölkələrlə əməkdaşlıq təşkilatları yaradaraq anti-qərb ritorikasını dünyaya yayır. NATO isə Rusiyanın maraqları olan yerlərə soxularaq öz nüfuzunu çoxaltmağa çalışır. NATO-nun Rusiya sərhədlərinə kimi gəlməsi tərəflər arasındakı münasibətləri daha da gərginləşdirir. Bu günə kimi Rəsmi Moskva və Brüsselin arasında hərbi qarşıdurmaların baş verməməsinin yeganə səbəbi nüvə müharibəsi riskidir. Düşünürəm ki, qarşıdakı dövrdə birbaşa konfrantasiya ehtimal olunmasa da, müəyyən ərazilərdə bu toqquşmalar mümkündür. Əgər Rusiya-Ukranya müharibəsində Rusiyanın hansısa irəliləyişi, qalibiyyəti olarsa, Şimali və Şərqi Avropada toqquşmalar mümkündür".
Yusif Məmmədxanlı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya