Başakşehirdə uşağını girov götürən şəxs polisi hərəkətə gətirib. Polislər uşağını pəncərədən asan atanı razı salmağa çalışıb.
Sherg.az xəbər verir ki, hadisə Ziya Gökalp məhəlləsi, İkbal küçəsində baş verib.
İddialara görə, həyat yoldaşı ilə mübahisə edən əcnəbi vətəndaş övladını binada yaşadığı mənzildə girov götürərək pəncərədən asmağa başlayıb.
Ətrafdakıların xəbəri üzərinə çoxlu sayda polis və xilasetmə qrupları ünvana sövq edilib.
Polis övladını pəncərədən asan atanı razı salmaq üçün işə başlayıb, xilasetmə qrupları uşağın yıxılma ehtimalına qarşı tədbir görüb.
Polisin atanı razı salmaq cəhdləri davam edir.