Anidən dolu yağdı! Hər yer  ağappaq oldu

Türkiyənin Ardahan bölgəsində səhər saatlarında leysan və dolu təsirli olub. Təxminən 4 gündür davam edən güclü yağış həyata mənfi təsir edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, səhər yağan güclü yağış sonra yerini doluya verib. Ərdahan-Göle avtomobil yolu ağ rəngə bürünüb.

Qəfil yağan dolu səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. Dolunun təsirli olduğu Ərdahan-Göle yolunda avtomobillər ağ örtüklü yolda hərəkət etməkdə çətinlik çəkib.