Pitbull dəhşəti: İki nəfər yaralanıb

İstanbulun Qaziosmanpaşa rayonunda pitbull iti səkidə gedən insanlara hücum edib. Hadisə zamanı iki gənc müxtəlif yerlərdən yaralanıb.

Sherg.az xəbər verir ki, dünən saat 16:00 radələrində İstanbulun Qaziosmanpaşa səmtinin Ərtuğrulqazi küçəsində dolaşan pitbull iti səkidə gedən gənclərə hücum edib.


Hadisə zamanı 2 nəfər yaralanıb, Ahmet Bozan adlı vətəndaş onun üzərinə atılan iti zərərsizləşdirib.

Hadisədən sonra vəziyyəti görən vətəndaşlar bir tərəfdən gənclərin köməyinə qaçıb, digər tərəfdən sahibsiz itin sahibinə reaksiya veriblər.

Mobil telefon kamerası ilə lentə alınan görüntülərdə itin hücumuna məruz qalan gənclərdən birinin dizindən, digərinin isə kürəyindən xəsarət alması və vətəndaşların itin sahibinə reaksiya verməsi anları əks olunub.