Hadisə zamanı futbol meydançasında heç kimin olmadığı üçün can itkisi və xəsarət olmadığı açıqlanıb
ABŞ-ın İllinoys ştatında futbol meydançasında diametri təxminən 30 metr və dərinliyi 10 metr olan çuxur əmələ gəlib. Çuxurun əmələ gəldiyi an futbol meydançasının təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Sherg.az xəbər verir ki, çuxurun eninin təxminən 30 metr, dərinliyinin isə 10 metr olduğu bildirilib.
Səlahiyyətlilər ərazinin mədən üzərində qurulmasının çuxurun əmələ gəlməsinə səbəb olduğunu bildiriblər.
Hadisə baş verən zaman futbol meydançasında heç kimin olmadığı üçün can itkisi və xəsarət olmadığı açıqlanıb.
Bildirilib ki, hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və sahənin təhlükəsizliyi üçün ətraflı araşdırmalara başlanılıb.