Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi: 11 kilo ağırlığında şiş çıxarıldı

 İranın Fars vilayətinin Geraş şəhərində bir nəfər qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Qadının qarnında 11 kiloqram ağırlığında şiş olduğu müəyyən edilib. 4 saat davam edən əməliyyatdan sonra şiş çıxarılıb.

Sherg.az xəbər verir ki, İran Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinin (YJC) məlumatına görə, xərçəng cərrahiyyəsi üzrə mütəxəssis Dr. Əhməd Abdullahi mövzu ilə bağlı məlumat verib.

"Geraşdakı xəstəxanada 42 yaşlı qadının qarın nahiyəsindən 11 kiloqram ağırlığında şiş çıxarıldı". 

Əməliyyatın 4 saat davam etdiyini deyən iranlı həkim xəstənin vəziyyətinin yaxşı olduğunu bildirib.