Mingəçevirdə mənzildə yanğın olub

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 29 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd dolab və 2 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.