Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Sherg.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir", - məlumatda vurğulanıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ nə təsdiq, nə də ki təkzib edilib.

Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir.