Bakıda məhbus təcrixanada ölüb

Bakıda məhbus təcridxanada ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı İstintaq Təcridxanasında qeydə alınıb.
Orada saxlanılan, 52 yaşlı Vüqar Cəlal oğlu Əliyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.