Sərnişin təyyarəsi hava boşluğuna düşdü? 14 nəfər xəsarət alıb

Koreya Hava Yollarına məxsus sərnişin təyyarəsi Cənubi Koreyadan Monqolustana uçarkən güclü hava boşluğuna (türbülans) məruz qalıb.

Sherg.az xəbər verir ki, Koreya Hava Yolları tərəfindən yayılan açıqlamada, bazar günü Seul yaxınlığındakı İncheon Beynəlxalq Hava Limanından havaya qalxan və Ulan-Batorun Çingiz Xan Beynəlxalq Hava Limanına doğru hərəkət edən KE197 saylı təyyarədə havaya qalxdıqdan 1 saat sonra şiddətli hava boşluğuna (türbülans) düşüb.

Açıqlamada, təxminən 15 saniyə davam edən şiddətli silkələnmə zamanı 10 sərnişin və 4 ekipaj üzvünün yüngül xəsarət aldığı bildirilib.

Hadisədən sonra təyyarədə yemək xidməti dayandırılıb və sərnişinlərə təhlükəsizlik kəmərlərini bağlamaq göstərişi verilib.

Bildirilib ki, yaralılara ilkin tibbi yardım Ulan-Batora endikdən sonra Çingiz Xan Beynəlxalq Hava Limanında gözləyən tibb işçiləri tərəfindən edilib.

Koreya Hava Yolları tərəfindən keçən həftə verilən  açıqlamada, son dövrlərdə iqlim böhranı səbəbiylə türbülans hadisələrinin  sayında artım olduğu ifadə edilib.

Bu səbəbdən plastik qutularda süfrəyə verilən və qaynar su əlavə edilərək hazırlanan hazır əriştələrin xidmətinin dayandırıldığı açıqlanıb.

Səbəb kimi türbülansın yaratdığı təkanlar zamanı baş verən qəzalar göstərilib.