Yevlaxda ər arvadına küt alətlə xəsarət yetirib

Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sherg.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.

S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.