35 yaşlı kişi Mingəçevir su anbarında boğulub

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.
Sherg.az Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.

Onun meyti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.