Azyaşlı evdə vurulan iynədən öldü

Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb.

Axar.az xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramovun evdə iynə vurulduqdan sonra vəziyyəti pisləşib və valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb.

Müəyyən olunub ki, azyaşlıya qızdırmaya görə naməlum adda iynə vurulub.

Faktla bağlı araşdırma aparılır.