Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq üçün 17 və 18 avqust tarixlərində əlavə reyslər təyin edir.

ADY-dan “APA-Economics”ə verilən məlumata görə, bundan əlavə, bu xətt üzrə sərnişinlər ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hərəkət edən qatarlarımızla hər iki istiqamətdə səfər edə bilər.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.