Mağaraya atılmış it xilas edildi

Antalya Böyükşəhər Bələdiyyəsi qrupları, Kəmər yolu üzərindəki Akyarlar tunelinin altındakı körfəzdəki mağarada itin tərk edildiyi xəbərini aldıqdan sonra hərəkətə keçib.

Sherg.az xəbər verir ki, Böyükşəhər Bələdiyyəsi Dəniz və Sahil İdarəsi Şöbə Müdirliyi qrupları, Akyarlar Tunelinin sahilindən quruya çıxışı olmayan mağarada tapılan sahibsiz iti xilas etmək üçün gəmi ilə bölgəyə gəlib. Qruplar dərhal tərk edilmiş itə yemək və su verib.


Yeməyi yedikdən sonra özünə gələn heyvan ətrafdakıların köməkliyi ilə dəniz maşınına aparılıb.

Dəniz səyahətindən sonra it balıqçı sığınacağında sahilə çıxarılaraq Antalya Böyükşəhər Bələdiyyəsinin Müvəqqəti Baxım Evi və Sahibsiz Heyvanların Reabilitasiya Mərkəzinin səlahiyyətlilərinə təhvil verilib.

Sahibsiz itə lazımi qayğı göstərildikdən sonra o, müvəqqəti qayğı evində qalaraq yeni və daimi yuvasını gözləyəcək.