Onların tanışlığı da, ailə həyatları da filmlərə ssenari ola bilər
Onların tanışlıqları kinoteatr binası önündə başlayıb. Qız kinoya bilet satırmış, oğlan partladılmış qarğıdalı dənələri.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən Tuğçə ilə Əmrənin həyat hekayəsini təqdim edir. Tuğçə Akdəniz 2016-cı ildən müxtəlif sektorlarda çalışıb. Qrafik dizayn üzrə ali təhsil alsa da, 18 ay kinoteatr kassasında biletsatan işləyib. Əmrə isə bir avtobus şirkətinin zəng mərkəzində işləyib. Əmrə tanışlıqlarını belə anladıb: “İş qrafikindən sıxılırdın, hər gün yüzlərlə zəngə cavab vermək məni yorur, bezdirirdi. İş yerimi dəyişməyi planlaşdırırdım. Həmin vaxt mənə iş təklifi gəldi. Bursa, Nilüfərdə bir kinoteatrda, kinoteatrın bufetində patlamış qarğıdalı hazırlayıb satmaq təklif edildi. İşə başladım. Tuğçə orada kassada bilet satırdı. Beləcə, onunla tanış oldum, tanışlığımız sevgiyə çevrildi. Evləndik. Bir yerdə çalışsaq, daha güclü olacağımızı, maliyyə çətinliklərini dəf edə biləcəyimizi anladıq. Və işə başladıq”. Əmrə Tuğçəyə “TIR sürücü olsaydım, mənə kömək edərdin”, soruşub. Həyat yoldaşı da “əlbəttə, kömək edərəm”, deyincə, Əmrə işini TIR sürücülüyünə dəyişib. Yeni yol xəritəsi çəkməyə başlayıblar. Əvvəlcə Əmrə avtobazada yanacaq doldurma məntəqəsində işləyib. Təcrübə toplayıb. Yanacaqdaşıyan TIR sürücü axtarıldığını elanını gördükdə müraciət edib və işə qəbul olunub. Bursa-İzmit xəttində yanacaq daşıyan TIR idarə edib. Bir gün həyat yoldaşına “gəl, birinci köməkçi işini gör”, söyləyib. Tuğçə də Əmrənin təklifini qəbul edib. Əmrə onu yanacaqla dolu TIR-ın olduğu yerə aparıb, beləliklə, cütlüyün yol hekayəsi başlayıb. "Məni yük maşınının yanına apardı, dayanacaq yanacaqdoldurma məntəqəsinin içərisində idi. Maşına ilk dəfə mindiyim vaxtı xatırlayıram. Həyatımda özümü bu qədər rahat hiss etməmişdim, daha doğrusu, heç düşünməmişdim ki, nəqliyyat vasitəsi belə dəbdəbəli ola bilər. Sərnişin maşınları, yuxarıdan yolda görünənlər mənə yuxu kimi gəlirdi. Həmin gün söhbətimiz “bunu sürmək istərdim, çox gözəldir”lə başladı “sürücülük vəsiqəsi almalıyam”la bitdi. Tuğçə sürücülük kursuna yazılıb. Bir çoxları təəccüb edib “Tuğçə bu işi görəcək", deyə inanmayıblar. Cütlüksə deyilənlərə məhəl qoymadan yollarına davam edib. Tuğçə Akdəniz sürücülük vəsiqəsi alıb və TIR sürücü kimi çalışmağa başlayıb. “Həyat yoldaşım olmasaydı, bu işi görə bilməzdim, çünki yolun çətinliyinə ancaq yoldaşımla birlikdə dözə bilirəm. TIR sürücü olandan dostlarımın sayı artıb. Mənə “o böyük sükanı necə çevirirsən?", "necə o böyük maşını sürməyi öyrənmisən”, “50 kilosan, sən nə qədər cəsarətlisən” kimi mesajlar gəlir. Amma bu peşənin içində olduğum üçün şadam”.