DİN Kəlbəcər rayon sakininin təzyiqə məruz qalması barədə iddialara aydınlıq gətirib
Yusif Nəzərli
14:09 08.09.2024
Sosial
521
Bəzi internet resurslarında Kəlbəcər rayon sakininin Gəncə şəhərində təzyiqə məruz qalması ilə bağlı iddialar yayılıb.
APA-nın xəbərinə görə, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə “saxla” işarəsi verilib.
Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq təhlükəli manevrlər edərək uzaqlaşmaq istəyib. Qanunla müəyyən edilmiş qaydada saxladılan sürücünün sərxoş olması barədə sübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar.
Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilən zaman R. Nağıyev inzibati binada da öz qanunsuz əməllərini davam etdirərək binadakı əməkdaşların xidməti fəaliyyətlərinə də mane olub. R. Nağıyev barəsində toplanmış material maddi sübutlarla birlikdə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 8 sutka müddətinə inzibati qaydada həbs edilib: “Vətəndaşın polis əməkdaşları ilə bağlı səsləndirdiyi iddialara gəldikdə isə həmin iddialar araşdırma predmetidir, hazırda araşdırmalar davam etdirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm