İtin üzünü özünə tikdirdi, olan oldu! Arxasındakı həqiqət tam başqa idi


Tarix boyu bəzi insanlar sevimli sənətçisinə, bəziləri dəstəklədiyi siyasətçiyə, bəziləri isə Barbi kuklasına oxşayaraq model olmaq üçün bıçaq altına giriblər. Ancaq it sifətində olan və onun kimi yaşamaq istəyən bir insanla rastlaşmaq kifayət qədər çətindir. Rodriqo Brada onlardan biridir. Əsərləri ilə gündəmə gələn sənətçinin fotolarının arxasındakı həqiqət görün nədən ibarət olub.

 Son illərdə mediada "Yapan Toco" adı ilə tanınan bir insanın Yaponiyada it kimi həyatını davam etdirmək istəyən hekayəsinin şahidi olduq. Günlərlə, hətta aylarla gündəmdə olan bu adam "border collie" cinsi it üçün kostyum tikdirərək gündəlik həyatını it kimi YouTube kanalında izləyiciləri ilə bölüşüb. Bu yaxınlarda sosial şəbəkələr oxşar hadisə ilə rezonans doğurdu. Rodriqo Braqa adlı bir sənətçinin üzünə əsl it dəriləri tikdirilməsi və yarı it, yarı insan üzünün olması xəbər başlıqlarına bomba kimi düşüb. Bəs Rodriqo Braqa niyə bunu etdi? Rodriqo Braqanın çox danışılan və eşidən hər kəsi heyran edən hekayəsi ilə tanış olun.

İndiyə qədər zaman-zaman şahidi olmuşuq ki, bəzi insanlar öz sevimli məşhuruna və ya Barbi gəlinciyinə oxşamaq üçün böyük sərvət xərcləyərək bıçaq altına girirlər. Ancaq 2 il əvvəl Yaponiyada 'Toko' adlı bir adam görünməmiş bir transformasiyaya məruz qaldı. Gənc oğlan 'border collie' cinsi itləri çox sevirdi və zaman keçdikcə sevgisi o qədər böyüdü ki, sonda çox maraqlı bir qərar verdi. Ömrü boyu it kimi yaşamağın necə olacağını düşünən Toko məşhur geyim firmasına gedərək yuxusunu izah edib. Arzusu özünü hər mənada it kimi hiss edə biləcəyi bir kostyuma sahib olmaq idi. İt kimi yaşamaq, it kimi qaçmaq, it kimi yuvarlanmaq istəyirdi. Kostyum şirkəti Zeppet bu təklifi qəbul etdi və kostyumun hazırlanması 40 gün çəkdi. Demək olar ki, canlı olan bu kostyum tamamilə Tokonun fiziki xüsusiyyətlərinə uyğun hazırlanmışdır. Tokonun bu kostyumu almaq üçün xərclədiyi pul 2 milyon yen, təxminən 478 min 584 lirə idi. Tokonun hekayəsini eşidənlər onunla əlaqə saxlamaq və onun özünü həqiqətən necə hiss etdiyini öyrənmək istəyirdilər. Yapon xəbər mənbəyi "Mynavi" ilə müsahibəsində Toko hisslərini belə izah edib:

"Heyvanları çox sevirəm, xüsusən də sevimli heyvanları. Uşaqlıqdan bütün həyatım boyu heyvan olmağın necə olacağını düşünürdüm və özümə uyğun bir üsul tapdım. Nəhayət buna nail oldum".

2 ildən artıqdır ki, sevimli itinə bənzəmək və yaşamaq üçün hər fürsətdən istifadə edən Toko təkcə kostyum geyinmir, həm də əsl itə bənzəmək üçün çox səy göstərir. Əsas hərəkətləri, xüsusən də yuvarlanmaq və oturmaqla ayaqlaşır, caynaqlarından yaxşı istifadə etməyə çalışır. YouTube-da 'Heyvan olmaq istəyirəm' adlı kanalı olan Toko, sərhəd kolli kostyumunda yaşadıqlarını və it kimi yaşamağın incəliklərini izləyiciləri ilə bölüşür. Evdə öz kostyumu ilə gəzinti, yuvarlanma, oyuncaqlarla oynama videolarını paylaşan Toko ilk baxışdan əsl itdən heç bir fərqi olmayan kimi görünür.

HƏR ŞEY XƏSTƏ İT GÖRMƏKLƏ BAŞLADI

Bu yaxınlarda, Yapon Toco hekayəsinə bənzər və daha da ifrat bir çevrilmə hekayəsi gündəmə gəldi. Amazon tropik meşələrinin ürəyi olan Manausda anadan olan braziliyalı təbiət fotoqrafı Rodriqo Braqa həyatı boyu təbiətin əhatəsində olmaqdan və təbiətdə yaşamaqdan həzz almış biri olub.

Gəncliyində Rodriqo Braqa Braziliyanın şimal-şərqindəki sahil şəhəri olan Resifedə məktəbə gedərkən xəstə it tapıb. O, heyvanın gözlərinin içinə baxmaq üçün diz çökəndə, özünün dediyi kimi, əsəb böhranı keçirib. Birdən ürəyinin döyüntüləri sürətləndi və ağlamağa başladı və sonda kürəyindən soyuq tər çıxdı. Bu an Braqanı növbəti 10 il ərzində təqib etdi, nəhayət panik ataklardan əziyyət çəkdiyini anlayana qədər. İllərlə müalicə və dərman qəbul etdikdən sonra Braqanın bir sənətçi kimi həyatını dəyişdirəcək bir ideyası var idi.

Xəyal etdiyi araşdırma üçün ona it cəsədi lazım idi. O, bir baytara getdi və anesteziya edilmiş itin üzünü alıb, ala bilməyəcəyini  soruşub. Lazımi prosedurlardan sonra ehiyacı olanını ala bilib. İtin üzündən  incə bir şəkildə aparılan çalışmalardan sonra parçalar çıxarılıb. Nəhayət, bu gün gündəmdə iz qoyan həmin fotolar üzə çıxıb. "Rodriqo Braqa'nın öz gözləri yerinə itin gözləri, ağzının yerinə itin çənəsi və qulaqlarının arxasına itin qulaqları tikilmişdi. Təbii ki, bu görüntü böyük müzakirələrə və onun etdiyinin çox səhv olduğuna dair şərhlərə səbəb oldu. Halbuki onun müdafiəsi və ideyasının başlanğıc nöqtəsi insan və heyvanların sərhəddinə gəlincə, bir sənətkar kimi nə qədər uzağa gedib,  getməyəcəyi idi. Lazımi tikiş prosedurlarından sonra Rodriqo Braqa kamera qarşısına çıxdı və bu əsərinə 2004-cü ildə Fantasia de Compensação (Kompensasiya Fantaziyası) adını verdi.


Braqanın işini bidət hesab edənlər çoxdur. Ancaq bu məqamda məlumatların çaşqınlığına işıq salmaqda fayda var. Rəssam Rodriqo Braqa bu əsəri bəzi iddialara görə 2014 və ya 2024-cü ildə deyil, 2004-cü ildə etmişdir. "Fantasia de Compensação" adlandırdığı əsərin əməliyyat fotoşəkillərində görünən insan başı nə Rodriqonun, nə də hər hansı bir insanın deyil, silikondan hazırlanmış qeyri-real insan başı idi. Amma itin siması real idi.

Əsərdə istifadə edilən itin yatdırıldığı və daha sonra Braqanın işi üçün bağışlandığı məlum olub. Bu araşdırma üçün Braqanın üzünün silikon qəlibi hazırlanmış və itin üzündən alınan parçalar baytar həkim tərəfindən silikon qəlibə tikilmişdir. Ancaq bu, itin üz hissələrinin, hətta ölü olsa belə, götürülərək süni insan üzünə tikilməsi faktını dəyişmədi.

Rodriqo Braqanın bu əsəri 2004-cü ildə sərgilənən zaman tənqidi diqqəti cəlb etməklə yanaşı, heyvanları müdafiə edən təşkilatlardan təhdidlər və nifrət məktubları aldı və o, bu sahədə işləmək üçün fasilə verməli olduğuna qərar verdi. Bu radikal işdən sonra təbiətlə təmasda olmağa başlayan Braqa, çılpaq şəkildə torpağa basdırdığı, yarpaq və çiçəklərlə örtüldüyü fotoşəkillər çəkdirdi və bu gün də oxşar məzmunlu işlərini davam etdirir.