Cəlilabadda küçədə yaşayan dörd azyaşlı uşaq sığınacağına verilib

Cəlilabadda küçədə yaşayan dörd azyaşlı uşaq sığınacağına verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar Cəlilabad Rayon Məhkəməsinin qərarı əsasında, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə sözügedən mərkəzə yerləşdirilib.

Uşaqların ehtiyacları qarşılanıb və azyaşlılar həkimlər tərəfindən ilkin qiymətləndirilib.