Abşeronda kanaldan kişi meyiti tapılıb

Abşeronda kişi meyiti tapılıb.
APA xəbər verir ki, hadisə Samur-Abşeron kanalının Abşeron rayonu, "Stansiya Sumqayıt" ərazisinə düşən hissəsində qeydə alınıb.

Meyit tapılarkən üzərində xəsarət izləri olmayan kişi cinsinə aid olduğu aşkar edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.