Aydının Didim rayonunda Sibel Ayqan (34) küçənin ortasında mübahisə etdiyi keçmiş əri Mustafa Yıldırım tərəfindən silahla öldürülüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 09.30 radələrində Efeler rayonu Zeybek küçəsində baş verib. Bir müddət əvvəl boşanan Sibel Ayqan evdən çıxarkən keçmiş əri Mustafa Yıldırımı qarşısında görüb. Burada naməlum səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı Yıldırım yanındakı tapançanı çıxararaq Sibel Ayqana atəş açaraq qaçıb. Ayqan qanlar içində yerə yıxılıb. Ətrafdakıların xəbərindən sonra hadisə yerinə sağlamlıq və polis qrupları gəib. Hadisə yerində ilk müdaxiləsindən sonra xəstəxanaya çatdırılan və reanimasiya şöbəsində müalicəsi davam etdirilən Sibel Ayganın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmaya başlayan polis qrupları Mustafa Yıldırımın Muğlanın Milas rayonuna qaçdığını müəyyən edib. Yıldırım Milasda tutularaq saxlanılıb. Polis əməliyyatları davam etdirilir.