Oğuzda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kəndinin ərazisində qeydə alınıb.
Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi UAZ markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub. 69 yaşlı Q.Qurbanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.