Hər kəs üzüldü: Teo sahibinin məzarının başından ayrılmadı

İstanbulda yol qəzasında dünyasını dəyişən 42 yaşlı ingilis dili müəllimi Devrim Kaynarın iti Teo hər kəsi təcübləndirib. sahibinin məzarını  dəfn olunduğu Orduda bir an olsun belə tərk etməyib.

Sherg.az xəbər verir ki, İstanbulda özəl məktəblərin birində ingilis dili müəllimi işləyən Devrim Kaynar yol qəzasında dünyasını dəyişib.

Kaynar oktyabrın 12-də məmləkəti Ordunun İkizce mahalının Şentəpə məhəlləsində dəfn edilib.

3 ildir sahib olduğu "Teo" adlı iti Kaynarın məzarını bir an belə tərk etməyib.

Teonun sahibinin məzarına gələrək dəfn mərasimində qəbr üstünə  uzandığı anlar ətrafdakıları da təsirləndirib.



 
Devrim Kaynarın qohumu, Şentəpə məhəlləsinin başçısı Engin Arslan, "Devrim hoca əmim qızıdır. Bayramlarda kəndinə gəlir, ayrılıb sevimli Teo ilə vaxt keçirirdi. İti Teo qəbrin başına gəlib.  Cənazəni tabutdan çıxarıb məzara dəfn edilənə qədər uzanıb göz yaşı töküb. Bundan sonra da Teo bir an belə buradan ayrılmadı və hələ də məzarının olduğu ərazidə dolaşır" deyib.