Tələbələr aşkarladı: Ölənə qədər 3 cinsi orqanı olduğundan xəbərsiz idi

78 yaşlı kişinin 3 cinsi orqanı olub. Buna bənzər bir hal əvvəllər də olub, ancaq bu hadisənin tibb tarixində bənzəri yoxdur. 
Sherg.az xəbər verir ki, “Journal of Medical Case Reports” jurnalında dərc olunan məqaləyə görə, 3 cinsiyyət orqanı olan kişinin özü bunu bilməyib, yəni 3 cinsi orqanının olduğunu bilmədən dünyasını dəyişib. Çox nadir rast gəlinən doğuş qüsuru olan bu vəziyyətə "üçlü penis" mənasını verən "trifaliya" diaqnozu qoyulub. 


Maraqlısı odur ki, Birmingham Universiteti Tibb Fakültəsi tələbələri daha əvvəl yalnız bir dəfə rast gəlinən bu "əlamətdar anatomik variasiya"nı görəndə, adam ölmüşdü və yəqin ki, həyatı boyu bundan xəbərsiz idi.

Diphallia və ya "ikiqat penis sindromu", hər beş-altı milyon kişidən yalnız birində rast gəlinən olduqca nadir bir xəstəlik olduğu bilinirdi, lakin "üçlü penis" mənasını verən "trifaliya"ya demək olar ki, təsadüf edilmirdi.

Sənədləşdirilmiş yeganə hadisə 2020-ci ildə İraqda yeni doğulmuş körpə ilə bağlı olub.

Tibb tələbələrinin müayinəsi zamanı "1.82 metr boyu ağ dərili kişi" olaraq xarakterizə edilən xəstənin cəsədi ilk baxışda normal görünüb.

Ancaq cəsədi araşdırmağa başlayanda şokedici bir kəşf ediblər.

Həkimlər skrotumun içərisində gizlənmiş əsas penisin arxasında və altında "şaquli şəkildə yerləşdirilmiş iki kiçik əlavə penis" tapdıqlarını açıqlayıblar.

Məlumata görə, hər bir penisin öz erektil kamerası və başı var idi, lakin əsas penis və digər penis eyni uretranı paylaşırdı.

Bu qəribə vəziyyət ana bətnində genital inkişafın erkən mərhələlərində, hamiləliyin ilk dörd və yeddi həftəsi arasında bir yerdə baş verir.

Mütəxəssislər, təsadüfən qarşılaşdıqları "trifaliya" pozğunluğunun daha çox ola biləcəyini düşünürlər. Bu xəstəlik heç bir simptom olmadan gizlənə bilir və bu da diaqnozun qarşısını alır.