
Politoloq: "Mülki missiyanın" hədəflərinin sadəcə sülh olduğu inandırıcı görünmür
10:56 24.10.2024
Aktual
568
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçi”ləri yenidən aktivləşiblər. Bununla bağlı Trend-ə yeni görüntülər daxil olub. Bu gün növbəti missiyanın Fərəhli kəndi istiqamətində göründüyünə dair xəbər yayılıb. Günorta saatlarında isə “müşahidəçi”lər Zəngilan istiqamətində peyda olublar.
Məlum olub ki, saat 13 radələrində Azərbaycan sərhədinin bir neçə kilometrliyində yerləşən Ermənistan ordusunun postuna Avropa İttifaqına məxsus üç ədəd “Toyota” markalı avtomobil yaxınlaşıb. Avtomobillərdə olan Aİ “müşahidəçi”lərinin postdakı silahsız erməni hərbçisinin müşayiəti ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb. Qeyd edək ki, oktyabrın əvvəlində mətbuatda kəşfiyyat materialları toplayan Aİ missiyasının Gorus rayonu ərazisindən Laçın yolu istiqamətindəki Azərbaycan ərazilərini izlədiyinə dair foto və video yayılmışdı.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, artıq bu dırnaqarası mülki missiya Avropa Birliyinin təmsilçiləri olmaqdan çıxıb, daha çox NATO-nun müşahidə missiyasına çevrilib:

“Çünki Avropa Birliyində Kanada kimi dövlətlər təmsil olunmur. Ona görə də həmin missiyanın hədəflərinin sadəcə sülh olduğu inandırıcı görünmür. Sözügedən “müşahidəçi”lər Ermənistan ordu rəhbərliyinin istəyi və verdiyi məlumatlar kontekstində öz fəaliyyətlərini qururlar. Görünən odur ki, onların həmin ərazilərdə kəşfiyyat məlumatları toplayan mülki missiyaya göstərmək istədikləri nələrsə olub. Onlara bunları göstərməkdə əsas məqsəd Azərbaycan əleyhinə hansısa hesabatların hazırlanıb Avropa Birliyi strukturlarına göndərməkdən ibarətdir. Burada əsas aparıcı element kimi Fransa dövləti çıxış edir. Çünki Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi lazımsız təşkilatlar bu gün Fransanın inhisarı altındadır. Ona görə də Fransa istədiyi qətnaməni sözügedən strukturlarda qəbul elətdirə bilir. Mülki missiyada da həmin yöndə fəaliyyətlər aparır və hesabatlar hazırlayır. Bundan istifadə edərək Azərbaycan əleyhinə müəyyən qərarlar qəbul edirlər. Amma onların hüquqi nəticəsi olmur, çünki həmin strukturlar tövsiyyə xarakterli qərarlar alırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm