Qurban Qurbanov 2 qırmızı vərəqə haqda...
19:49 24.10.2024
İdman
570
Əfsuslar olsun ki, uduzduq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən hiss olunurdu ki, rəqib bizi analiz edib. Futbolçularımız bütün tapşırıqları düzgün yerinə yetirirdilər.
Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"a uduzduqları görüşdən (0:3) sonra CBC Sport-a açıqlamasında deyib.
Mütəxəssis hakimin "Qarabağ"ı 2 qırmızı vərəqə və penalti ilə cəzalandırmasına toxunub:
"Çox istəyərdik ki, 90 dəqiqə bu oyunu qoruyaq. Qırmızı vərəqələr oldu. Bəlkə də indi emosiyalarım başqadır. Ola bilər ki. nədəsə yanlışlığım var. Amma bu cür oyunlarda belə idarəetmə... Bilmirəm ki, belə qırmızı vərəqələr, penaltilər nə qədər düzgündür. Onsuz da 10 nəfərlə qalmışdıq.
Olan oldu. Artıq gecdir. Lakin komandamdan, futbolçularımın cəsarətindən, diqqətindən xoşum gəldi. Bu komandaya qarşı müdafiə olunmaq istəmədik. Çalışdıq ki, pressinq edək. Bunu bacarırdıq. Futbolçularıma təşəkkür edirəm. Təəssüf ki, azarkeşlərimizi bu gün də sevindirə bilmədik. Amma inanıram ki, belə davam etsək, qarşıda daha yaxşı nəticə qazanacağıq".
Q.Qurbanov Avroliqada ardıcıl 3 məğlubiyyətin futbolçulara psixoloji baxımdan necə təsir edəcəyindən də danışıb:
"Böyük turnirlərdə belə məğlubiyyətlər qaçılmazdır. Əksinə, bəlkə də əlimizə şans düşüb ki, qarşıda ümumi futbol fəlsəfəmizi daha inamla, cəsarətlə yerinə yetirək. Çünki itirəcək bir şeyimiz qalmayacaq. Hər bir halda motivasiya lazımdır. Çalışacağıq ki, motivasiyamızı qoruyaq. Hər bir futbolçu böyük komandalara qarşı oynamaq üçün özündə iradə tapır. İnanıram ki, daha yaxşı oynaya biləcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm