Azərbaycan və İran hərbi gəmiləri birgə təlim keçirib
21:10 04.11.2024
Siyasət
391
Məqsəd terrorizmlə mübarizə, Araz çayı bəndinin mühafizəsini birgə təmin etməkdir
Tehran qonşularla münasibətləri istiləşdirmək istəyir və bu təlimlər də müəyyən qədər müsbət rol oynayacaq
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.
Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.
Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib.
Qeyd edək ki, İran və Azərbaycan arasında növbəti birgə hərbi təlimin məqsədi terrorizmlə mübarizə, Araz çayı bəndinin mühafizəsinin təmin edilməsi, təcrübə mübadiləsi və əməkdaşlığın səviyyəsinin yüksəldilməsidir.
Bu, iki ölkənin belə formatda ilk hərbi təlimidir. İndiyədək təlimlər əsasən dəniz səviyyəsində keçirilirdi və çoxtərəfli xarakter daşıyırdı.
“AZIREX-2024” birgə taktiki təlimi şərh edən siyasi şərhçi Tural İrfanın “Sherg.az"a açıqlamasına görə, Azərbaycan hər zaman İran da daxil olmaqla bütün qonşularla normal dost münasibətində olmağı əsas götürüb və buna əməli şəkildə nail olmağa çalışıb:
“İranla da müsbət əlaqələrin qurulması, iqtisadi, mədəni, siyasi münasibətlərlə yanaşı hərbi təcrübə mübadiləsi, əməkdaşlığın inkişaf etməsi müsbətdir. Münasibətlərin necə olmasından asılı olmayaraq ölkələrimiz qonşudur və bu, taledir. Münasibətlər dəyişsə də, qonşuluq dəyişmir. Qonşu olduğumuz üçün də ortaq maraqlar, ortaq təhlükəsizlik məsələləri var. Araz çayı bəndinin mühafizəsi də daxil olmaqla terrorçuluqla mübarizə, İrandan narkotikin ixracının qarşısının alınması işində elə onların özlərini də cəlb etmək lazımdır.
İranla münasibətlərin qaydaya düşməsi, siyasi və digər əlaqələrin səmimi olması İran üçün hazırda vacibdir. Çünki indiki durumda İranın bir çox dünya ölkələri ilə münasibətləri gərgindir və belə demək mümkünsə, taleyi həll olunur. Şübhəsiz ki, narahatlıqları var. Tək Azərbaycanla yox, müsəlman Pakistan və müsəlman Əfqanıstan ilə də sərhəddə problemlər var. Hər halda Azərbaycanla münasibətləri istiləşdirmək cəhdləri var və bu təlimlər də müəyyən müsbət rol oynayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya