Türkiyənin Tekirdağ bölgəsində psixoloji problemləri olduğu iddia edilən gənc anasını öldürüb.
Sherg.az xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Fatih rayonu, Muratlı məhəlləsində, Mareşal Fevzi Çakmak küçəsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində baş verib. İddiaya görə, psixoloji problemləri olan 17 yaşlı A.Ç. mətbəxdən götürdüyü bıçaqla yatmış anası Nilay Ç.-ni bıçaqlayıb.