Sumqayıtda biri azyaşlı olmaqla 3 nəfər dəm qazından zəhərlənib.
APA xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.