Gürcüstanda 3 etirazçı polislərə hücum və əmlaka zərər vurma faktı üzrə saxlanılıb
Yusif Nəzərli
18:37 03.12.2024
Gündəm
491
Gürcüstanda parlament qarşısındakı etiraz aksiyasında 3 nəfər polislərə hücum və başqasının əmlakına zərər vurma faktı üzrə saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, noyabrın 29-da Tbilisinin Rustaveli prospektində davam edən etiraz aksiyası zamanı şübhəlilərdən biri ictimai asayişi qorumaq üçün əraziyə yerləşdirilən Daxili Qoşunların əməkdaşlarına pirotexniki vasitə atıb. Nəticədə onlardan biri ayağından yanıq xəsarəti alıb.
“İstintaq həmçinin müəyyən edib ki, eyni gün ikinci şübhəli Fövqəladə Halların İdarə Olunması Mərkəzinin 112 nömrəli monitorinq sistemini yandırıb. Üçüncü şübhəli ilə isə 1 dekabrda etiraz aksiyası zamanı parlament binasının otaqlarından birini yandırıb, nəticədə əşyalar məhv edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları dekabrın 1-də hər üç şübhəlini saxlayıb. Onlara qarşı Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri üzrə ittihamlar irəli sürülüb”, - məlumatda bildirilib.
İstintaq davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur