"Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub

Qaçaqmalçılıqda ittiham olunan “Meydan TV” əməkdaşları və daha bir neçə nəfər Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı, Aysel Umudova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
APA xəbər verir ki, təqdimata bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılıb.
Məhkəmə vəsatəti təmin edib.

Qərara əsasən, jurnalist Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda, məhkəmənin qərarı ilə Ülvi Tahirov barəsində də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu şəxslər dekabrın 6-da saxlanılıb.

Məlumat üçün bildirək ki, ibtidai istintaq dövründə Natiq Cavadlı 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan), digər təqsirləndirilən şəxslər isə 1 saylı Bakı İstintaq Təcridxanasında( Kürdəxanı) saxlanılacaq.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.