Sumqayıtda gənc qızın meyiti tapılıb

Sumqayıt şəhərində gənc qızın meyiti tapılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Meyit qızın qohumları tərəfindən aşkarlanıb. Onlar dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.

İlkin məlumata görə, vəfat edən şəxs universitetlərdən birinin hüquq fakültəsinin tələbəsi olub.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.